100 minə yaxın İsrail vətəndaşı çətin vəziyyətdə qaldı

100 minə yaxın İsrail vətəndaşı çətin vəziyyətdə qaldı
 

Ən azı 100 min İsrail vətəndaşı Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda İsrailə uçuşların kütləvi şəkildə ləğv edilməsi səbəbindən ölkəyə qayıda bilmir.

Paralel.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, onlara yerli hava limanlarında İsrailə uçuşlara köçürmək üçün Yunanıstan və ya Kiprə getmələri tövsiyə olunub.

Ölkənin "El Al" milli aviadaşıyıcısı İsrailə müntəzəm uçuşlar həyata keçirməyə davam edir, ölkə vətəndaşlarının vətənlərinə qayıtmasına kömək etmək üçün cədvələ beş reys əlavə edəcək.(Publika.az)

 

0.0276939868927