Karter: Seçki gününədək yaşayıb Harrisə səs verə biləcəyimə ümid edirəm

Karter: Seçki gününədək yaşayıb Harrisə səs verə biləcəyimə ümid edirəm
 

ABŞ-nin hazırda yaşayan ən yaşlı prezidenti demokrat Cimmi Karter seçki gününədək yaşayıb Demokratik Partiyanın namizədi Kamala Harrisə səs verə biləcəyinə ümid etdiyini bildirib.

Paralel.az ” xəbər verir ki, bu barədə “Atlanta Journal-Constitution” yazıb.

Oktyabrın 1-də 100 illik qeyd edəcək Karter noyabr seçkilərini səbirsizliklə gözlədiyini etiraf edib. “Mən sadəcə o günə qədər yaşamağa çalışıram ki, Kamala Harrisə səs verə bilim”, – keçmiş dövlət başçısının nəvəsi babasından sitat gətirib.

“Bu onun məqsədidir”, – Ceyson Karter söyləyib.

Ceyson Karter üç ay öncə keçmiş prezidentin həyatının “sona yaxınlaşdığını” etiraf etsə də, indi ailə daha nikbindir. Belə ki, nəvəsinin sözlərinə görə, eks-prezident son vaxtlar yenidən siyasətə maraq göstərir, daha diqqətli olub və baş verənləri fəal şəkildə izləyir.

Xatırladaq ki, üç il öncə ABŞ-nin keçmiş prezidenti Cimmi Karterin hakimiyyətdə olduğu illərdə ölkənin vitse-prezidenti vəzifəsini icra etmiş Uolter Mondeyl həyatının 93-cü ilində vəfat edib.(Report)

 

0.028676986694336