Siyarto Aİ-ni İTTİHAM ETDİ: Qərb Budapeştin bu siyasəti ilə barışa bilmir
"Ukraynanın Rusiya neftinin Macarıstan və Slovakiyaya tranzitini dayandırması Brüsseldən razılaşdırılıb".
Paralel.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto Mattias Korvin Kollecinin təşkil etdiyi festivalda çıxışı zamanı deyib.
"Son günlərdə baş verən hadisələr və apardığım danışıqlar mənim hisslərimi təsdiq etdi ki, bu, Brüssel tərəfindən razılaşdırılmış prosesdir”, - macar diplomat bildirib.
O, həmçinin hesab edir ki, Qərbin Macarıstana təzyiqlərini davam etdirməsinə baxmayaraq, Avropa İttifaqı Budapeştin sülhün bərqərar olmasına yönəlmiş siyasəti davam etdirməsi ilə barışa bilməyib.(Publika.az)