50 ildir nəsli kəsildiyi güman edilən panqolin tapıldı
Seneqal Milli Parklar İdarəsinin alimləri və mühafizəçiləri qrupu Niokolo-Koba Təbiət Qoruğunda təxminən 60 il əvvəl ölkədə nəsli kəsilmiş hesab edilən nəhəng panqolin aşkar ediblər. Son dəfə bu növün canlı nümunəsi Seneqalda 1967-ci ildə görülüb.
Paralel.az xəbər verir ki, araşdırma "The Conversation" elmi nəşrində dərc olunub.
Nəhəng panqolin (Smutsia gigantea) Seneqalda tarixən tapılan yeganə növdür. Çəkisi 30 kq-a qədər, uzunluğu 1,4-1,8 metr, bədəni keratinləşdirilmiş pulcuqlarla örtülmüş tarix öncəsi kərtənkələni xatırladır. Ölçüsünə baxmayaraq, nəhəng panqolin yalnız termitlər və qarışqalarla qidalanan bir həşəratdır.
Mütəxəssislərin fikrincə, nəhəng də daxil olmaqla bütün panqolinlər getdikcə nadir hala gəlir. Onlar həm Afrikada, həm də Asiyada nəsli kəsilməkdə olanlar kimi təsnif edilir. Heyvanlar brakonyerlər tərəfindən təhdid edilir, çünki onlar ənənəvi şərq təbabətində istifadə olunur.
Elm adamları nəhəng panqolinlərin Seneqala qayıtmasının ümidverici xəbər olduğunu, Niokolo Koba Parkının biomüxtəlifliyini artırdığını qeyd ediblər. Bu heyvanların tapılması təbii ərazilərin qorunub saxlanılması təşəbbüslərini gücləndirməyə imkan verəcək.
Elvin