Məşhur aktrisa əməliyyat OLUNDU: "Nə siqaret çəkirəm, nə də..."
Çəkildiyi seriallar və filmlərlə "Yeşilçam"da iz qoyan usta aktyorlardan Müjde Ar qapalı ürək əməliyyatı keçirib. Aktrisanın damarlarının 95 faizinin tutulduğu aşkarlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Əməliyyatı 2 saat davam edən aktrisa səhhəti ilə bağlı açıqlama verib:
"Nə siqaret çəkirəm, nə də spirtli içki qəbul edirəm, şəkər xəstəliyindən yaranıb”.