74 kq arıqlayan gənc onu tanısınlar deyə DNT testi verdi
74 kq arıqlayan gənc şəxsiyyət vəsiqəsində fotosu olan şəxsin özü olduğunu sübut etmək üçün DNT testi vermək məcburiyyətində qalıb.
Paralel.az “Onedio.com”a istinadla xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Belə ki, Adana şəhərində yaşayan 25 yaşlı Çağlar Kumlutaş 74 kq çəki ataraq 146 kilodan 72 kiloya düşüb.
Arıqladıqdan sonra həm də estetik əməliyyatlar etdirən Ç.Kumlutaş tanınmaz hala düşüb. O, şəxsiyyət vəsiqəsini və xarici pasportunu yeniləmək istəyərkən rəsmi şəxsləri sənədindəki fotonun ona aid olduğuna inandıra bilməyib.
Sənədin özünə aid olduğunu sübut etmək üçün 25 yaşlı gənc DNT testi verib.
Yayımlanan xəbərlərdə keçirdiyi əməliyyatlarla bağlı detallı məlumat verilməsə də, sosial şəbəkə istifadəçiləri fiziki görünüşündəki dəyişikliklərə əsasən onun həm də cinsiyyətini dəyişdirdiyi qənaətinə gəliblər.