Çox istəyirəm - Zöhrab Mehdi 

Çox istəyirəm - Zöhrab Mehdi 
 

Çox istəyirəm

...Çox istəyirəm, bilirsənmi
Həm də, lap çox istəyirəm -
Qollarının arasında can verəm-
Ən çox istədiyim yerdə!
... Şəhadət barmağımı
dodaqlarıma pərçimləyib, ehmalca
Hər dəfə, danışma...danışma...
Holar, sus dediyim yerdə!

...Çox istəyirəm, bilirsənmi
Həm də, lap çox istəyirəm -
Qollarımın arasında can verəsən-
Ən çox istədiyin yerdə!
...Şəhadət barmağını
Dodaqlarına pərçimləyib, ehmalca
Hər dəfə, danışma...danışma...
Nolar, sus dediyin yerdə!

...Çox istəyirəm, bilirsənmi
Həm də, lap çox istəyirəm...
Amma, hardan, niyə bilmirəm ki,
Bu nə arzu, nə istək bu?!
...Yox canım-gözüm, yox...
Sən işində ol, sən davam et...
Mənə fikir vermə, vaxtın olsa...
Bir qurtum su ver, bir qurtum su!

Paralel.az 

0.0091288089752197