Azərbaycanda Rəqabət Məcəlləsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü qaydası təsdiqlənib

Azərbaycanda Rəqabət Məcəlləsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü qaydası təsdiqlənib
 

Nazirlər Kabineti “Rəqabət Məcəlləsinin 9.2-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə Qaydası”nı təsdiqləyib.

Paralel.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərar iyulun 1-dən tətbiq edilir.

Qərara əsasən, sözügedən Qayda Rəqabət Məcəlləsinin 9.3-cü maddəsinin icrası məqsədilə hazırlanıb və həmin Məcəllənin 9.2-ci maddəsinə uyğun olaraq Məcəllənin tələblərinin pozulmasına görə Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları və cərimələrdən daxil olan vəsaitin bölgüsü və istifadə qaydasını müəyyən edir.

Büdcədənkənar vəsait ölkənin mülkiyyəti hesab olunur, İqtisadiyyat Nazirliyinin sərəncamındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.

Büdcədənkənar vəsaitin 60 %-i İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, 40 %-i isə nazirliyin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldiləcək.

 

0.012212038040161