İsmayıl Haniyənin öldürüıməsilə bağlı İranda 3 günlük matəm elan edilib

İsmayıl Haniyənin öldürüıməsilə bağlı İranda 3 günlük matəm elan edilib
 

Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar İranda üçgünlük matəm elan edilib.

Paralel.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

***

11:55

HƏMAS Siyasi Bürosunun qətlə yetirilən rəhbəri İsmayıl Haniyə Tehranda dəfn olunacaq.

Paralel.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Dəfn mərasimi avqustun 1-i baş tutacaq.

***

10:17

İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə səbəb olan raket xarici ölkədən buraxılıb.

Paralel.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, Haniyə Bakı vaxtı ilə təxminən saat 03:30-da Tehranın şimalındakı xüsusi hərbi iqamətgahda hava zərbəsi nəticəsində öldürülüb.

***

10:05

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda birbaşa raket zərbəsi nəticəsində öldürülüb.

Paralel.az xəbər verir ki, HƏMAS liderinin birbaşa raket zərbəsi nəticəsində öldürüldüyü iqamətgahın görüntüləri yayılıb.

 

0.024850845336914