Əskikliyi depressiya riskini 11 dəfə artıran vitamin

Əskikliyi depressiya riskini 11 dəfə artıran vitamin
 

D vitamini insan orqanizmi üçün ən vacib vitaminlərdən biridir. Onun çatışmazlığı bir çox xəstəliyə, o cümlədən dəmir çatışmazlığı anemiyasına səbəb ola bilər.

Paralel.az medicina-ya istinadən xəbər verir ki, mütəxəssislər bu vitaminin çatışmazlığının insanda həm də depressiya və psixi pozğunluqların inkişaf riskini 11 dəfə artırdığını bildirirlər.

Depressiya D vitamini çatışmazlığından xeyli təsirlənir. Bu mikroelement olan əlavələrin müntəzəm qəbulu qan təzyiqini 2-6 mm Hg azaltmağa kömək edir. Həmçinin viruslara qarşı immuniteti dəstəkləyir.

Çox vaxt D vitamini çatışmazlığı vitiliqo, psoriaz və atopik dermatit kimi dəri xəstəliklərinə səbəb olur.

Mütəxəssislər vurğulayırlar ki, bir elementin çatışmazlığını kompensasiya etmək üçün əvvəlcə testlər aparmaq vacibdir – onlara əsaslanaraq, həkim lazımi dozanı təyin etməlidir.

Sağlam bir yetkinin 600 IU (15 mkq/gün), hamilə qadınların isə 1000 IU (25 mkq/gün) D vitamininə ehtiyacı olduğu güman edilir. Yaşlı insanlara əsasən 800 IU (20 mkq/gün) D vitamini təyin edilir.

Əvvəllər elm adamları D vitamini əlavələrinin qəbulunun həyat boyu ağır depressiya riskini azalda biləcəyini aşkar etmişdilər.

 

0.11222314834595