İnsanlar niyə vəhşiləşir? — Samirə Bağırova şok faktları açıqladı

İnsanlar niyə vəhşiləşir? — Samirə Bağırova şok faktları açıqladı
 

Son zamanlar cəmiyyətdə xüsusi amansızlıqla törədilən, ağır qətllərin sayı durmadan artır. İnsanların gözünü sanki qan bürüyüb.

Təbii ki, bu durum bölgələrimiz üçün də xarakterizə olunur.  Heç kim problemi normal yolla həll etmək istəmir. Əksinə, asan yola əl ataraq, məsələnin tək çıxış yolunu ya ölməkdə görürlər, ya da öldürməkdə. Bəs onları bu səviyyəyə çatdıran nədir? Belə hadisələrin artmasına səbəb nədir?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən psixoloq Samirə Bağırova bildirdi ki, insanın  kökü vəhşi tayfa şəklində yaşayan genlərə bağlıdır:

“Heyvanlar arasında bir-birinə ən az hücum edən və öldürən balina ilə yarasadır. Az və çoxluğuna görə, eyni zamanda həm də heyvan növünə görə heyvanlardakı kimi, insanlarda da bu hal eynidir. Belə ki, insanın da kökü vəhşi tayfa şəklində yaşayan genlərə bağlıdır.

Təkamülə uğradıqca, inkişaf etdikcə həm dini, həm mədəni qaydalar yarandıqca , insan həmin qaydalar çərçivəsinə uyğunlaşaraq həyat rifahı dəyişir, yaxşılaşır. Sivilizasiya yaranır. Sivilizasiya isə tarixin müəyyən bir mərhələsində bir neçə mədəniyyətin birləşməsini əks etdirir. Kökdəki vəhşiliyi oyatmaq üçün aqressiya hissi təkandır”.

Psixoloqun sözlərinə görə, müasir dünyda aqressiyanı oyadan əsas səbəblərdən biri ölkədə yalnız neqativ hadisələrin yayılması, həyəcanlı xəbər başlıqları, panika doğuran mövzuların təbliğatı insanlarda şüuraltı toplanan qorxu və digər neqativ duyğuların partlayışına səbəb
olur:

“Əslində bu bir növ həm də özünümüdafiə mexanizmidir. Qorxu ilə idarə olunan insan sonda qorxmaqdan yorulur, aqresivləşir və vəhşiləşir. Bu şəkildə öldürmək hətta özünəqəsd asanlaşır”.

0.024543046951294