"Kəpəz"in yeni icraçı-direktorunun adı açıqlanıb

 

"Kəpəz" Peşəkar Futbol Klubunun yeni yeni icraçı-direktorunun adı açıqlanıb.

Gəncə təmsilçisinin mətbuat xidmətindən Paralel.az -a verilən məlumata görə, bu posta Cabir İbrahimov təyin olunub.

Bununla bağlı klub rəhbərliyi müvafiq qərar qəbul edib.

Qeyd edək ki, Cabir İbrahimov 2016-2017-ci illərdə də "Kəpəz"də eyni vəzifədə çalışıb.

 

0.013218879699707