Parisdə nağıl kimi toyu olmuşdu, tövlədən görüntüsünü paylaşdı -VİDEO
Fransanın paytaxtı Parisdə milli futbolçu Yusuf Yazıcı ilə evlənən türkiyəli aktrisa Melisa Aslı Pamuk növbəti dəfə paylaşımları ilə diqqət çəkib.
Paralel.az xəbər verir ki, Parisdə nağıllardakı kimi nikah mərasimi ilə ailə həyatı quran aktrisa bu dəfə də kəndə yollanıb.
Belə ki, aktrisa Fransadan qayıtdıqdan sonra həyat yoldaşının anası və nənəsinin əlini öpmək üçün Trabzonun Çaykara bölgəsinə yollanıb.
Cütlüyün kənd həyatına dair səmimi paylaşımları diqqət çəkib.
Qeyd edək ki,cütlük ötən aylarda gizlicə ailə qursa da, toydan heç bir foto paylaşmamışdılar.
Melisa Aslı Pamukun soyadını "Yazıcı" olaraq dəyişdirməsi ilə onların evləndiyi üzə çıxmışdı.
Toydan bir müddət sonra isə onlar Parisdə çəkilən foto və videolar paylaşıblar.
Paralel.az