Azərbaycan xalqına cəhənnəm əzabı yaşadanlar - Araşdırma

Azərbaycan xalqına cəhənnəm əzabı yaşadanlar - Araşdırma
 

Tapdıq Abbas
Qarabağ müharibə veteranı,
Pedaqoji fəlsəfə doktoru,

"Əməkdar mədəniyyət işçisi",
"Azad Jurnalistlər Təşkilatı"
İB-in sədri, Qarabağ Komitəsi İH-nin üzvü...

Xalqımız onların da kökünü kəsəcək inşallah

Düşmənlərimiz çoxdur. Azərbaycan dövlətinin düşməni əsasən iki qrupa bölünür - xarici və daxili düşmənlər. Bunun biri, xüsusən xarici düşmənlər məlumdur. Mənsələn, hər kəs bilir ki, Azərbaycana qarşı açıq düşmən kəsilən, ölkəni təhdid edən, ərazi iddiasında bulunan Ermənistan və onun himayəçiləridir. Əvvəldə deyim ki, yaddan çıxmasın, Ermənistan yaxşı ki, Qərbə üz tutdu və Ermənistan dövlətini Azərbaycanın 11 mahalı ərazisində yaradan Rusiyanı Qərbə satdı və geri dönmək istəmir…

İkinci düşmənimiz də xarici düşmənlərin maraqlarına xidmət edən, bəzən aşkar etmək çox çətin olan daxili düşməndir, adətən, biz daxili düşmənə “5-ci kalon” da adlandırırıq.

Azərbaycanda İrana, Qərbə xidmət edən kalonlar fəaliyyət göstərir, ölkəmizdə ən güclü “5-ci kalon” isə Rusiyaya məxsusdur. Hadisələr göstərir ki, İranpərəst, Qərbpərəst kalonların öhdəsindən gələ bilirik, amma Rusiyanın “5-ci kalon”unun öhdəsindən hələ gələ bilmirik. Ona görə də Rusiya ilə strateji müttəfiqlik müqaviləsi bağlamışıq, ölkəmiz daim Rusiyanın maraqlarına toxunmur və hər addımında nəzərə alır.

Hər kəs yaxşı başa düşür ki, iqtisadi və hərbi baxımdan güclü olmalısan ki, xarici düşmən üzərində asan qələbə qazanasan. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsində düşmən ordusunu yenərək, Ermənistandan bir neçə dəfə güclü iqtisadiyyata və qüdrətli hərbə malik olduğunu bütün dünyaya göstərdi.

Lakin təəssüflə qeyd edirəm ki, Azərbaycan dövlətini quran və dövləti düşmənlərdən qorumaq üçün on minlərlə şəhid verən xalqa düşmən dəyirmanına su tökən, vicdansız, rüşvətxor məmurlar əsil cəhhənnəm əzabı yaşadırlar.

Məsələn, Beyləqan rayonu hər iki Qarabağ müharibəsində 400 nəfərdən çox şəhid verib. Rayonun Təzəkənd kənd sakini, şəhid Səddam Bayramovun atası Ələddin Bayramov şikayət məktubunda yazır:

“Hörmətli redaksiya, torpağımızı düşmən işğalından azad edərkən oğlum Səddam Bayramov İkinci Qarabağ müharibəsində şəhid olub. Oğlumun dəfnində iştirak edən icra başçısı Asif Ağayevin göndərdiyi nümayəndənin mənə verdiyi 300 (üç yüz) manatı onun özünə qaytarmaqla şəhidə verilən qiyməti bunca ucuz tutmayaq demişəm…
Məni yandıran odur ki, kənd üzrə şəhid olan 11 nəfərin ailə üzvlərinin hamısı icra başçısı Asif Ağayevin qəbulunda olduq, məqsədimiz rayon mərkəzində şəhidlərə abidə ucaltmaq üçün yer ayrılmasını xahiş etmək idi. X
ahişi etdiyimiz vaxtdan artıq 3,5 il keçib, lakin bizim - şəhid valideynlərinin xahişini sabiq icra başçısı Asif Ağayev müxtəlif bəhanələrlə yerinə yetirmədi və rayondan yığdığı var-dövləti rahatca yeməyə getdi…”

Şəhid atası Ə. Bayramovun redaksiyamıza göndərdiyi şikayət məktubu çox genişdir, redaksiyamıza daxil olan şəhid ailə və valideynlərinin şikayət məktublarının saymaqla qurtarmır. Hələ sıravi ölkə vətəndaşlarının şikayətlərini demirəm. Yalnız şəhid ailələrinin və valideynlərinin şikayət məktublarını oxuduqca göz yaşını saxlamaq mümkün deyil və istər-istəməz, dərhal düşünürsən ki, icra başçıları sözün həqiqi mənasında xalqa cəhənnəm əzabı yaşadırlar.

Təbii ki, xalqa cəhənnəm əzabı yaşadan məmurlar, ilk növbədə icra başçıları şəhid ailələri və valideynlərə qayğı göstərilməsi barədə cənab Prezident İlham Əliyevin Sərəncam və göstərişlərini kobudcasına pozurlar. Bu pozuntular isə məmurların, xüsusən Asif Ağayev kimi icra başçılarının Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yola salırlar.

Bəlkə də, vicdansız məmurlar cənab Ali Baş Komandanın əmrilə Ermənistan ordusunu 44 günə darmadağın edən, düşmən üstünə qorxmadan, cəsarətlə gedən və düşməni məğlub edib, işğal altındakı torpaqlarımıızı azad edən Azərbaycan əsgərlərinin heyfini onların valideynlərindən – Xalqdan alırlar! Çünki igidliklə döyüşən və düşmənə aman verməyən, işğal altındakı torpaqları qəhrəmancasına azad edən şəhid, qazi və veteranların hamısı kasıb xalqın balalarıdır, onların arasında bir nəfər də olsun məmur övladı yox idi…

Sanki 2016-ci ilin aprel döyüşlərində erməniləri keçi balası kimi mələdib, qıran, azad etdikləri torpaqları Rusiyanın o vaxt ki, Müdafiə Naziri Şoyqunun göstərişilə geri qaytarandan düz bir il sonra yəni, 2017-ci ilin may-iyun ayında Tərtərdə odumuzun əsgərlərinin başına gətirilən qanlı hadisələr “5-ci kalon” üzvləri, anaları, arvadları erməni millətindən olanlar tərəfindən icra olunmadımı?! Belə yüksək vəzifəli məmurların hazırda sayı çoxdur və bu, çox təhlükəlidir.

Allah xalqımızı və dövlətimizi cəhənnəm əzabı yaşadanlardan qorusu! Amin!

 

0.014780044555664