Məşhur müğənni milyarderlər siyahısına düşdü
2021-ci ildə albomlarının müəlliflik hüququnu “Sony” şirkətinə satan Brüs Sprinqstin də artıq rəsmi olaraq milyarderdir.
Kult.az xəbər verir ki, ifaçının sərvətinin 1,1 milyard dollar olduğu təxmin edilir.
Qeyd edək ki, Brüs Sprinqstin 2021-ci ildə 20 studiya albomunda toplanmış 300-dən çox rok və pop mahnılarının hamısını 500 milyon dollara “Sony” şirkətinə satmışdı.