Kim Kardaşyan və oğlu nadir xəstəlik daşıyıcısıdır 

Kim Kardaşyan və oğlu nadir xəstəlik daşıyıcısıdır 
 

Kim Kardaşyan keçmiş əri, reper Kanye Uestdən olan oğullarından birinin nadir dəri xəstəliyindən əziyyət çəkdiyini deyib.

Sfera.az bildirir ki, Kim Kardaşyan uşağının irsi otoimmün xəstəliyi olduğunu öyrənib. Kim özü də dəri xəstəliyindən əziyyət çəkir, lakin onu sağalda bilmir. 43 yaşlı Kim dörd uşaq anasıdır.

Onun sözlərinə görə, oğlana vitiliqo diaqnozu qoyulub. O, uşağın adını çəkməsə də, oğlunun nəzarət altında olduğunu bildirib.

“Bu mənə anamdan keçib, sonra vitiliqonun çox yüngül formasını oğluma başqa formada verdim, amma bunun haradan gəldiyini anlamaq üçün heç nə bilmirdim. Sən demə irsi imiş”. Psoriasisdən əziyyət çəkən Kim, uşaqlarının da ekzeması olduğunu deyib.

O, təxminən 30 yaşından bəri qeyri-infeksion otoimmün xəstəliklə mübarizə aparır.

O, hətta bacısı Kourtnu Kardaşyanın südündən qaşınmasını sakitləşdirmək üçün istifadə etməyə çalışıb.

Vitiliqo nədir?

Milli Artrit və Əzələ-skelet Sistemi və Dəri Xəstəlikləri İnstitutunun məlumatına görə, vitiliqo dərinin piqment və ya rəngini itirdiyi xroniki otoimmün xəstəlikdir. Bu, piqment istehsal edən dəri hüceyrələri (melanositlər) hücuma məruz qaldıqda və məhv edildikdə baş verir, dərinin südlü ağ görünməsinə səbəb olur. Bu vəziyyət hər yaşda, o cümlədən erkən uşaq yaşlarında inkişaf edə bilər.

 

0.018701076507568