Hər bir Azərbaycan vətəndaşının 2 min 520 manat borcu var

Hər bir Azərbaycan vətəndaşının 2 min 520 manat borcu var
 

Bu ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 972,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu ilin yanvar-iyun aylarında dövlət büdcəsindən dövlət borcu üçün 1 milyard 270,3 milyon manatın ödənilməsi təmin edilib.

Bu vəsaitin 1 milyard 100,2 milyon manatı (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 250,2 milyon manat) xarici dövlət borcları üçün ödənilib.

Qeyd edək ki, 2024-cü il 1 iyul tarixinə xarici dövlət borcu 5 milyard 367,5 milyon dollar (9 milyard 125 milyon manat) təşkil edir.

Daxili dövlət borcu isə 1 iyul tarixinə 16 milyard 571,9 milyon manat təşkil edib.

Rəqəmlərdən də göründüyü kimi, 1 iyul tarixinə Azərbaycan dövlətinin ümumi borcu 25 milyard 696,6 milyon manat olub.

1 iyul tarixində Azərbaycan əhalisinin 10 milyon 197,1 min nəfər olduğu məlumdir. Bu isə, o deməkdir ki, hər bir Azərbaycan vətəndaşının 2 520 manat borcu var.

0.02764105796814