Nadir Qafarzadə: "Acam, Bakıdan yemək göndərin"
"Qırılırıq, o da söz deyil, ölüb gedirik. Mən də vaxtında çaşmışam. Olur da insanda belə şey. Azərbaycanı bəyənməyənlər var, siz o qədər səhvsiniz ki... Azərbaycanın torpağı da dadlıdır. Hələ çörəyini, ətini, göyərtisini, ləzzətli yeməklərini demirəm".
Paralel.az axşam.az-a istinadən bildirir ki, bu sözləri hazırda Türkiyədə istirahətdə olan müğənni Nadir Qafarzadə deyib. O, Azərbaycanın yeməkləri üçün çox darıxdığını bildirib:
"Hər yerdə dövran dəyişib, insanların bəziləri pisləşib, yaxşılardan uzaq. Amma bizim pislərimiz də yaxşıdır. İki gündür Türkiyədəyəm. Acam, imkan varsa, mənə yemək göndərin. Dolmadan, küftədən, dovğadan, küftədən... Azərbaycan, sənin qədrini bilməyənlər pis insanlardır. Səni çox sevirik".