Yağışlı havada yolu keçmək istəyən şəxsləri elektrik cərəyanı vurdu - VİDEO
İzmirdə Konak rayonunda qəfil yağan güclü yağış prospekt və küçələri gölə çevirib. Gölməçədən yolu keçmək istəyən iki nəfər həlak olub.
Paralel.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yolda gölməçədən keçmək istəyən Özge Ceren Deniz (23) və İnanç Öktemayı (44) suda cərəyan vurub.
Yolda dəqiqələrlə kömək gözləyən gənclərə heç kim yaxınlaşa bilməyib.
Bölgəyə gələn tibbi yardım briqadaları dəqiqələrlə cərəyanda qalan Özge Ceren Deniz və İnanç Öktemaya ürək masajı edib.
Xəstəxanaya aparılan şəxslərin həyatını xilas etmək mümkün olmayıb.