Müğənninin konserti zəlzələyə səbəb oldu
İsveçrənin Sürix şəhərində amerikalı müğənni Teylor Sviftin konserti seysmik aktivliyə səbəb olub.
Milli.Az unikal-a istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti məlumat yayıb.
Seysmoloqların məlumatına görə, iyulun 9-da Teylor Sviftin Sürixdə konserti zamanı seysmik titrəyişlər qeydə alınıb.
"Konsert tamaşaçılarının yaratdığı titrəyişlər Letziqrund stadionunun ətrafında altı kilometrə qədər məsafədə yerləşən səkkiz seysmik şəbəkə stansiyasında görünür", - xidmətin saytındakı məlumatda deyilir.
Qeyd edilib ki, konsert zamanı stadionda 50 min insan olub.
İyun ayında amerikalı müğənninin konsertləri Şotlandiyanın Edinburq şəhərində də kiçik zəlzələlərə səbəb olmuşdu.