Azərbaycanda inflyasiya bu qədər olub - RƏQƏMLƏR

Azərbaycanda inflyasiya bu qədər olub - RƏQƏMLƏR
 

Bu ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,4%, qeyri-qida məhsulları üzrə 101,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4% təşkil edib.

Paralel.az ” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 101,1%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,2%, qeyri-qida məhsulları üzrə 101%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4% olub. 

 

0.017332077026367