Kişi də, qadın da seksuallıq və pul axtarır - Sürətli proses başlayıb

Kişi də, qadın da seksuallıq və pul axtarır - Sürətli proses başlayıb
 

Türkiyəli mentor və yazıçı Adil Yıldırım müasir dövrdə sevgi anlayışı haqqında qalmaqallı açıqlamalar verib.

Paralel.az xəbər verir ki, münasibətlər barədə çıxışları ilə tanınan mentor bildirib ki, dövrümüzdə heç kim sevgi ilə maraqlanmır:

“Gənclər “bu adam məni hara aparır?” deyə baxır. Bizim nəsil belə bir sual verməzdi. Sadəcə "necə daha xoşbəxt olaram" deyə maraqlanardı. Z nəslinin çoxu lüks yaşamaq istəyir. Hazırda gənc qızlar kişinin peşəsinə yox, pulunun olub-olmadığına baxır. Onlar üçün pulun mənbəyinin heç bir əhəmiyyəti yoxdur. Bu gün valideynlər də o pulun haradan gəldiyini soruşmur.

“Anam, atam və heç kim mənə qarışa bilməz” deyən bir nəsil sel kimi gəlir. Deyirlər ki, heç bir qayda-qanun məni dayandıra bilməz. Nəsillər arasındakı dəyişiklik çox kəskindir. Hazırda eşqin 80%-i seksuallıq, 20%-i isə puldur. Sevgi və bağlılıq qalmayıb. Münasibətlərdə çox güclü eqoizm var. Məsələ tamamilə puldur”.

A.Yıldırım həmçinin bildirib ki, bu gün qadınlarla yanaşı, kişilər də varlı sevgili tapmağa çalışır:
“İnsanlar hansı yolla olursa olsun, zəngin olmaq istəyir. Əvvəllər varlı olmaq üçün yaxşı bir iş, çox çalışmaq və ağıl tələb olunurdu. İndi isə sadəcə evlilik. Bu, kişilər üçün də keçərlidir. Çalışıb zəngin ola bilməyən bəzi kişilər boşanmış zəngin qadınlarla birlikdə olmaq istəyir. Villada oturan qadınları araşdırırlar. Bəzi kişilər o qadınların haralara getdiyini,harada tətil etdiklərini araşdırırlar. Belə qadınları inandırmaq üçün maşın icarəyə götürərək özlərini varlı kimi göstərirlər. “Arvad mənə baxır, hesabı mən ödəmirəm” deyən kişilər var. Çünki bəzi qadınlar “münasibətdə kişi mənəm” deyir. Artıq həm qadınlar, həm də kişilər başqasının pulunu yeyərək rahat yaşamaq istəyir”.

 

 

0.02727484703064