Ərdoğan Kiyevlə Moskva arasında vasitəçi olmayacaq 

Ərdoğan Kiyevlə Moskva arasında vasitəçi olmayacaq 
 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda mümkün vasitəçi rolunda çıxış etməyəcək.

Paralel.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml sözçüsü Türkiyə liderinin bu danışıqlarda vasitəçi olmasının mümkün olub-olmaması sualına cavab olaraq deyib: “Xeyr, mümkün deyil”.

Peskov onu da əlavə edib ki, buna baxmayaraq, Ərdoğanla Putin arasında Astana görüşündə Ukrayna məsələsinin müzakirə olunduğunu da bildirib. 

 

 

0.04266095161438