Dünyanın aparıcı elmi tədqiqat mərkəzlərinin reytinqləri dərc edilib -Dos İlham Əhmədov 

Dünyanın aparıcı elmi tədqiqat mərkəzlərinin reytinqləri dərc edilib -Dos İlham Əhmədov 
 

İlk onluqda Çinin 7 elmi tədqiqat mərkəzi yer alıb.
Məlum olduğu kimi, dünya universitetlərinin qlobal reytinq cədvəlləri 20 ildir ki, tərtib edilir. Bu reytinqlərdə bizim universitetlər ənənə üzrə daim aşağı divizionda yer tuturlar. Son illər universitetlərdən əlavə dünyanın aparıcı elmi tədqiqat mərkəzlərinin də reytinqləri tərtib edilir. Təbii ki, elm və təhsilin zəif maliyyələşməsi və bu səbəbdən də son 30 ildə heç bir ciddi nailiyyəti olmayan milli universitetlərimiz və tədqiqat mərkəzlərimiz belə reytinqlərdə təmsil oluna bilmirlər. Bu vəziyyətin yaranmasında elm və təhsil sahəsində yarımçıq maliyyələşmədən başqa, yanlış kadr siyasəti və səmərəsiz idarəetmənin də ciddi təsiri olmuşdur.
Dünyanın aparıcı elmi tədqiqat mərkəzlərinin reytinqlərində Rusiya Elmlər Akademiyası (REA) Çinin 35 elmi tədqiqat institutundan aşağı mövqedədir məskunlaşmışdır. Onu da nəzərə alaq ki, REA-nın tərkibində yüzlərlə elmi-tədqiqat institutları var.
2023-cü ilin sonunda Rusiya Elmlər Akademiyası (REA) “Nature” jurnalının tərtib etdiyi “dünyanın 500 aparıcı tədqiqat mərkəzinin reytinqi”ndə 71-ci yerdən 94-cü yerə düşüb. Rus elminin "məbədi" olan REA Çinin 35 universiteti və elmi müəssisəsindən daha aşağı pillədədir.
İl ərzində REA alimləri fizika üzrə 507 məqalə nəşr etdiriblər. Fizika üzrə məqalə nəşrinə görə rus alimləri 57-ci yerdədirlər. 2023-cü ildə REA ümumən 768 sayda məqalə dərc edib, beləliklə, il ərzində rusiyalı akademiklərin nəşr etdiyi əsərlərin sayı 34% azalıb.
Reytinqdə REA ilə yanaşı, Moskva Dövlət Universiteti (MDU) da yer alıb. MDU 413-cü yerdən 420-ci yerə düşüb. MDU əməkdaşları 167 tədqiqat (bir il əvvəlkindən 38% az) dərc etmişlər, bunların demək olar ki, hamısı (164) təbiət elmlərinə aiddir. Rusiyanın digər tədqiqat mərkəzləri bu reytinqə daxil edilməyib.
Dünyanın 500 aparıcı tədqiqat mərkəzi siyahısına il ərzində 7554 məqalə dərc etdirən və bu sayda 9% artım olan Çin Elmlər Akademiyası liderlik edir. 2-ci yerdə 3763 elmi məqalə ilə Harvard Universiteti (ABŞ) gəlir, bu bir il əvvəlkindən 52 tədqiqat azdır.
Daha altı Çin tədqiqat mərkəzi də ilk 10-luğa daxil olub. Onların arasında Çin Elmlər Akademiyası Universiteti, Çin Elm və Texnologiya Universiteti, Pekin Universiteti, Nankin Universiteti, Zhejiang Universiteti və Tsinxua Universiteti var. Reytinq tərtibçilərinin qeyd etdiyi kimi, belə vəziyyət ilk dəfədir ki, yaranır: hələ 2015-ci ildə ilk 10-luğa yalnız bir Çin tədqiqat mərkəzi daxil edilmişdi. Eyni zamanda, ilk yüzliyə Çindən olan 37 tədqiqat mərkəzi daxildir.
Təbiət İndeksi reytinqi tərtib edilərkən, 2023-cü ildə nəşr olunan 145 elmi jurnalda 17 min elmi müəssisənin nəşrləri nəzərə alınıb. Ümumilikdə Çin elmi fəallıqda dünyada liderdir. ABŞ ikinci, Almaniya isə üçüncü yerdədir. İlk 10-luğa həmçinin Böyük Britaniya, Yaponiya, Fransa, Kanada, Cənubi Koreya, Hindistan və İsveçrə daxildir.
2023-cü ildə Moskva dünyanın ən yaxşı 50 aparıcı elmi mərkəzi siyahısında mövqeyini itirdi, Təbiət elmləri reytinqində yenidən 60-cı yerə düşdü. 2023-cü il reytinqinə rus alimlərin 749 nəşri daxildir. Bu rəqəm - Çin alimlərinin məqalələri sayından 10,5 dəfə (7841), ABŞ alimlərindən 6 dəfə, Yaponiya alimlərindən (2410) 3,2 dəfə, C.Koreya alimlərindən isə (1637) 2,2 dəfə azdır.
Dövlətin elmə ayırdığı maliyyəni azalrması və alimlərin kütləvi şəkildə xaricə köçməsi ilə Rusiya qlobal elmdə öz mövqeyini ilbəil zəiflədir. Son 20 ildə ölkədə tədqiqatçıların sayı 25% azalıb və hesablamalara görə, 2022-ci ilin əvvəlinə ölkənin bütün müasir tarixində alimlərin sayı minimum həddə 322 minə düşmüşdür.
Ukrayna ilə müharibə və kütləvi səfərbərlik yeni “beyin axını” dalğasına səbəb olmuşdur. Yüzlərlə alim, o cümlədən dünya səviyyəli mütəxəssislər müharibə əleyhinə mövqeləri, hakimiyyətin təzyiqləri və təhlükəsizlik qüvvələrinin birbaşa təhdidləri səbəbindən ölkəni tərk etmişlər. Rusiyanın elm və təhsilində son illər olan gerilik, onun gələcək inkişafı üçün ciddi problemlər yaradacaqdır.
Bu fonda bizim elm hansı mövqedədir? Təbii ki, təhsilimiz hansı mövqedədrsə, elmimiz də o mövqedədir. Təəssüf ki, AMEA-nın TN ilə birləşməsi də elmin inkişafı baxımından heç bir nəticə vermədi. Düzü buna heç ümid də yox idi.

Paralel.az 

0.015433788299561