İt sahiblərinə çağırış: Zibilinizi yığışdırın!
"İt saxlayanlara səslənirəm. Sizin də itiniz yolun ortasında ya da otluqda kaka edəndə onu yığışdırmırsınız? Əks halda, itinin kakasını insanların ayaq basacağı yerdə qoyan it sahibinin mədəniyyətindən danışmaq mümkün deyil".
Paralel.az xəbər verir ki, bunu hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, bu cür davranışa görə, qanunvericilikdə cərimə nəzərdə tutulub:
"Xaricdə buna görə cərimə var, it sahibləri heyvanların nəcislərini xüsusi paketə qoyaraq zibil qutusuna atmalıdırlar.
O gün özünü mədəni hesab edən bir "heyvansevər" amma insanlara hörmət etməyən xanımın balaca iti piyada yolunun ortasında nəcisə getdi. Qadını deşici baxışlarımla süzsəm də, eşidəcəyi şəkildə hərəkətinə etiraz etsəm də, aldırmadı.
Mənə görə həmin xanım nə heyvansevərdir, nə də şəhərdə yaşamağa layiqdir. Mədəniyyətdən yoxsundur.
Belə hallarda İnzibati Xətalar Məcəlləsində maddə var, 30 manat cəriməsi olmalıdır. Gələn səfər belə birisinin videosunu çəkib 102-yə məlumat verəcəm", - deyə o bildirib.
Paralel.az