Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqları Komitəsində (ANQSİHİ) nə baş verir? - Araşdırma

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqları Komitəsində (ANQSİHİ) nə baş verir? - Araşdırma
 

Azərbaycan dünyada ilk növbədə neft və qaz ixrac edən ölkə kimi tanınır. Ölkənin zəngin sərvətlərindən bəhs edilərkən "Azərbaycan Neft Şirkəti"nin (SOCAR-ın) adı ilk sırada çəkilir.

SOCAR özündə çox sayda təşkilatları birləşdirir. Eyni zamanda bu təşkilatların hər birində həmkarlar ittifaqları təşkilatları fəaliyyət göstərir.

Məhz bu yazıda Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqları Komitəsi və təşkilata təkrar seçilən sədr cənab Cahangir Əliyevin qanunazidd fəaliyyətini təsdiq edən faktları səsləndirəcəyik.

İlkin olaraq qeyd edək ki, ölkəimizin ən zəngin və böyük həmkarlar təşkilatlarından olan Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqlarının üzvləri bu təşkilatın imkanlarından istifadə edib, müalicə və istirahət etmək hüququndan istifadə etməkdən tam məhrum ediliblər.

Demək olar ki, hər ay əmək haqqılarının 2 faizi tutularaq həmkarlar İttifaqı təşkilatının hesabına köçürülən milyonlarla pulun ittifaq üzvlərinə heç bir faydası yoxdur. Təşkilatın sədri və müavinləri çox zəngin yaşadıqları halda, neft-qaz sahəsində çalışan insanlar ehtiyac içində yaşayırlar.

Çünki Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Əliyev təşkilatdan mənimsədiyi pul hesabına ərəb şeyxləri kimi zəngin yaşayır. O, heç vaxt Həmkarlar İttifaqı Haqqında Azərbaycan Respublikasının Qanununu nə oxumur, nə də Qanunda göstərilən vəzifələri yerinə yetirmir.

ANQSİHİ sədri Cahangir Əliyev əsas vəzifəsi ittifaq üzvlərinin sağlamlıq, əmək və istirahət hüququnu qorumaq olsa da, o, bu vəzifəni icra etmir, yalnız şirkət rəhbərliyinin və AHİK sədri Səttar Möhbalıyevin qanunsuz tapşırıqlarını icra edir.

Cahangir Əliyevin sədrlik etdiyi ANQSİHİ kimi tam yarıtmaz fəaliyyət göstərən təşkilatdan normal fəaliyyət gözləmək mümkün deyil.

Həmkarlar təşkilatlarda bu cüt yuva salmış sümürgən məmurları zərərsizləşdirmək isə ölkənin hüquq-mühafizə orqanlarının vəzifəsidir...

Paralel.az

0.029205083847046