Abel Məhərrəmov Qarabağ qazisinə məxsus torpağı zəbt edib - Sumqayıt Appelyasiya Məhkəməsi QƏRAR VERDİ

Abel Məhərrəmov Qarabağ qazisinə məxsus torpağı zəbt edib - Sumqayıt Appelyasiya Məhkəməsi QƏRAR VERDİ
 

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adı hallanan torpaq qalmaqalı ilə bağlı apellyasiya məhkəmə mərhələsi yekunlaşıb.

Hürriyyət.az xəbər verir ki, “qaynarinfo”nun əldə etdiyi məlumata görə, Abel Məhərrəmovu ona məxsus torpaq sahəsini ələ keçirməkdə ittiham edən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun apellyasiya şikayəti təmin olunmayıb.

Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim Fuad Məmmədov Xızı Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Proses zamanı məlum olub ki, iyun ayının əvvəllərində Abel Məhərrəmov Nazim Əmirovla görüşüb. Görüş Abel Məhərrəmova məxsus restoranda keçib.

Keçmiş rektor orada məsələsinin məhkəmə yolu ilə həll edilməsində maraqlı olmadığını deyib. Abel Məhərrəmov Nazim Əmirovu əmin edib ki, problem yoluna qoyulacaq. Bütün bunları polkovnik-leytenantın özü hakimin diqqətinə çatdırıb.

Nazim Əmirov bildirib ki, o, keçmiş rektora ya zəbt etdiyi 31 sot torpaq sahəsini geri qaytarmağı, ya da əvəzində pul verməyi təklif edib. Abel Məhərrəmov isə problemin həll ediləcəyini bildirib.

Nazim Əmirov məhkəmədən sonra bildirib ki, hüquqi mübarizəsini davam etdirməkdə israrlı olduğunu və Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşdığını bildirib.

Qarabağ qazisi ilə keçmiş rektor arasında qalmaqalın təfərrüfatlarına gəlincə, Nazim Əmirov 2011-ci ildə Xızının Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb. 2012-ci ildə isə həmin torpaq sahəsinin müəyyən hissəsinin Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib.

Abel Məhərrəmovun isə həmin ərazidə dəbdəbəli villası olduğu bildirilir. Nazim Əmirov torpaq sahəsinin zəbt edilməsindən xəbər tutduqda qarşı tərəfə ərazinin ona məxsus olduğunu bildirib, sənədləri təqdim edib. Eyni zamanda, müvafiq qurumlarda dəqiqləşdirmə aparıb. Məlum olub ki, Nazim Əmirov haqlıdır.

Bundan sonra polkovnik-leytenant məhkəməyə müraciət edib.

 

0.023030042648315