Azərbaycan gimnastları 4 medal qazanıblar

Azərbaycan gimnastları 4 medal qazanıblar
 

İsveçrənin Arosa şəhərində keçirilən batut gimnastikası üzrə 52-ci Nissen kubokunda Azərbaycan idmançıları 2-si qızıl, 2-si bürünc olmaqla 4 medal qazanıblar.

Paralel.az xəbər verir ki, fərdi çıxışlarda Ammar Baxşalıyev qızıl, Samirə Hüseynova bürünc medal qazanıb.

Sinxron çıxışlarda isə Əli Niftəliyev - Ammar Baxşalıyev cütlüyü qızıl, Ayan Şabanova - Samirə Hüseynova cütlüyü isə bürünc medala sahib çıxıb.

 

0.0082700252532959