Söyüşə görə həmkəndlisini bıçaqladı

Söyüşə görə həmkəndlisini bıçaqladı
 

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Bildirilib ki, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb. 1993-cü il təvəllüdlü kənd sakini K.Zamanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

E.Qasımovun sözlərinə görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Çaparlı kənd sakini 2000-ci il təvəllüdlü Fərrux Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında uzun müddətdir ədavət olub. Bir neçə gün əvvəl ot biçimi zamanı K.Zamanov F.Məmmədovu söyüb.

Bu gün də tərəflər arasında mübahisə düşüb. Bu zaman F.Məmmədov söyüşə görə K.Zamanova bıçaq xəsarəti yetirib.

 

0.38749313354492