Səid Paşayev: Hədəfimiz qarşıdakı dünya çempionatında yüksək nəticə əldə etməkdir

Səid Paşayev: Hədəfimiz qarşıdakı dünya çempionatında yüksək nəticə əldə etməkdir
 

Hədəf qarşıdakı dünya çempionatında yüksək nəticə əldə etməkdir.

Paralel.az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvü Səid Paşayev bildirib.

"Şükürlər ki, çempion oldum. Əsas da məşqçilər, valideynlərim və öz əziyyətimi yerdə qoymadım. İnşallah, qarşıdakı dünya çempionatına yaxşı hazırlaşıb daha yaxşı nəticə verərik. Ümid edirəm, həm şəxsi, həm də komanda səviyyəsində qızıl medala layiq görülərik",– qızıl medalçı söyləyib.

Xatırladaq ki, Serbiyada keçirilmiş U-17 Avropa çempionatının birincisi olan Azərbaycanın yunan-Roma güləşi millisi Bakıya qayıdıb.

 

0.040222883224487