“Peşəyönümlü təhsilin inkişafına yardım” İB “Universitetlərin rəqabət qabiliyyəti” mövzusunda tədbir keçirilib
“Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyi “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili” adlı layihənin icrasına başlamışdır.
Azərbaycan Respublikası “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin verdiyi kiçik qrant hesabına “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyi “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili” adlı layihənin icrasına başlamışdır. Məlumdur ki, bizim universitetlər 20 ildir ki, universitetlərin qlobal reytinqlərində çox zəif nəticələr göstərirlər. Çünki, universitetlərimiz qlobal təhsil bazarında rəqabətədavamlı deyil. Bunun bir çox səbəbləri var.
Təcrübə gösrtərir ki, bizim universitetlər nəinki rəqabətə davamlı deyil, hətta bəzi universitetlərdə “ali təhsil müəssisəsinin rəqabət qabiliyyəti nədir?” sualına birqiymətli cavab verə bilmirlər. Bu səbəbdən universitetlərdə belə bir mövzuda maarifləndirici dəyirmi masaların keçirilməsinə ehiyac var.
Dəyirmi masalarda universitetlərin rəqabət qabiliyyəti nədir, universitetlərin rəqabət qabiliyyətliyi meyarları, universitetlərin rəqabət qabiliyyətliyi və rəqabət üstünlükləri, niyə universitetlərimiz rəqabət qabiliyyətli deyil v.s. kimi məsələlər müzakirə ediləcəkdir. Layihə rəhbəri “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyinin təsisçisi, təhsil eksperti, dosent İlham Əhmədovdur.
Ölkənin bir neçə universitetində belə təbdbirlərin təşkili nəzərdə tutulur. Bu mövzuda ilk tədbir ADA universitetində və SDU-də olmuşdu. Növbəti tədbir ADPU-da təşkil edildi. Tədbirdə ADPU, UNEC və digər universitetlərin əməkdaşları, təhsil ekspertləti itirak edirdilır. Layihə rəhbəri dos. İlham Əhmədov “Universitetlərin rəqabət qabiliyyəti” mövzusunda geniş məruzə etdi. Məruzə tədbir iştirakçılarınin böyük marağına səbəb oldu. Tədbirin sonunda ağsaqqal təhsil işçisi, prof. Şahlar Əsgərov mövzu barədə öz fikirlərini bildirdi.
Paralel.az