Hadisə ilə birlikdə serialda o rol alacaq

Hadisə ilə birlikdə serialda o rol alacaq
 

Bir müddət əvvəl türkiyəli müğənni Hadisənin serialda rol alacağı barədə xəbər vermişdik. 

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, GAİN-də yayımlanacaq “Esas oğlan” serialının çəkilişləri iyulun ikinci həftəsində başlayacaq.

İstanbulda çəkiləcək 8 seriyalı romantik komediya serialında Seda Bakan “Selma”, Hadisə isə “Ceren” obrazını canlandıracaq.

Ekran işində Cerenin ortağı Merti isə İlhan Şen canlandıracaq. Serialın 8 iyul - 16 avqust tarixləri arasında tamamlanması planlaşdırılır.

Qeyd edək ki, Hadisə 8 bölümlük serialdan 10 milyon TL (527 000 manat) qazanacaq.

 

0.039474964141846