"Elə müğənni efirə çıxır ki, adam xəcalət çəkir"
"Azərbaycanın gözəl sənətkarları var. İndiki vaxtda gənc müğənniləri var. Belələri çıxıb oxumalıdır. Bir də görürsən, elə müğənni efirə çıxır ki, adam özü televiziyadan xəcalət çəkir. Mən özüm də. Musiqini bilən adam bunu tez hiss edir".
Bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Rəngarəng səhər" verilişində deyib. O, bəzi yeni sənətə gələn ifaçıları tənqid edib:
"12 yaşımdan, 55 ildir səhnədəyəm. Əvvəlki ilə indiki sənət camiəsi arasında çox fərq var. Yaxşıya yox, pisə doğru gedir. Böyük-kiçik, hörmət qalmayıb. Bizim ixtiyarımız nə idi ki, böyük sənətkarların yanında özümüzü sərbəst aparaq. Hamısına hörmət edir, "sizlə" danışırdıq. Amma indikilər belədir ki, çıxır deyir, "mənəm". Heç qurban olduğum Allah özünə "mən" deməyib. Məclisə girdin, böyüyə hörmət etməlisən, aşağı-yuxarı söhbəti olmaz. Gözəl sənətkar ola bilərsən, lap böyük vəzifədə ol, insanlığın olmadı, apar qaytar. Bu, onun sənətini də gözdən salır".