Həyat yoldaşını xəstə edən 10 kişi tipi
Həyatda xarakter olaraq müxtəlif tip insanlar var ki, bu da münasibətlərə təsirsiz ötüşmür.
Paralel.az xəbər verir ki, uzman klinik psixoloq Narınc Rüstəmova həyat yoldaşını xəstə edən 10 kişi tipini aşağıdakı kimi sadalayıb:
1.Avtoritar kişi tipi
Bu tip insanlar hər şeyi nəzarətində saxlamaq, idarə etmək istəyir. Bir müddət sonra həyat yoldaşının istəklərinə və etdiklərinə də çox sərhəd qoyur, azadlığını əlindən alaraq onu xəstə edir.
2. Xəsis və mühafizəkar kişi tipi
Həyat yoldaşının maddi müstəqlliyini məhdudlaşdıran, maliyyə məsələlərində təzyiq göstərən, ehtiyac olan şeylərə belə pul xərcləməkdən çəkinən xəsis və mühafizəkar kişilər həyat yoldaşlarının stress və həyəcan yaşamasına səbəb olur.
3. Mənəvi olaraq istismar edən kişi tipi
Emosional baxımdan qadına əziyyət verən kişilər həyat yoldaşının özünə olan hörmətini zədələyir və emosional, ruhi balansını pozur.
4. Davamlı tənqid edən kişi tipi
Tənqid təməlli bir münasibətdə kişi həyat yoldaşının özünü dəyərsiz hiss etməsinə səbəb olur.
5. Şiddət göstərən kişi tipi
İstər fiziki, istərsə də psixoloji şiddət göstərən kişi həyat yoldaşının həm fiziki, həm də psixi sağlamlığını zədələyir.
6. Diqqətsiz kişi tipi
Həyat yoldaşının mənəvi ehtiyaclarına laqeyd yanaşan kişilər qadının özünü yalnız və lazımsız hiss etməsinə səbəb olur.
7. Zərərli Vərdişləri (spirtli içki və ya madə asılılığı) olan kişi tipi
Zərərli vərdişlərə qurşanan kişilər daim ailələrində problemlər yaşayır, bütün ailə üzvlərini xəstə salırlar.
8. Ünsiyyət problemi olan kişi tipi
Həyat yoldaşı ilə düzgün münasibət qura bilməyən kişilər problemlərini həll etmək əvəzinə onların çoxalmasına səbəb olurlar.
9. Xəyanətkar kişi tipi
Həyat yolaşına sadiq olmayan kişi qarşı tərəfdə psixoloji travmaların yaranmasına, aralarındakı emosional bağın zədələnməsinə və münasibətlərin sonlanmasına səbəb olurlar.
10. Narsist və təkəbbürlü kişi tipi
Özünü üstün gördüyü üçün həyat yoldaşını davamlı olaraq alçaldır. Bu da təbii ki, qadının özünə qarşı güvənini, hörmətini itirməsi ilə nəticələnir.