Məleykə Abbaszadədən qəbul imtahanlarının çətin olması bağlı fikirlərə REAKSİYA

Məleykə Abbaszadədən qəbul imtahanlarının çətin olması bağlı fikirlərə REAKSİYA
 

"Qəbul imtahanının modeli hələ tədris ilinin əvvəlində bizim jurnalda çap olunub. Maraqlanan hər bir şəxs həmin o modeli imtahanda tətbiq edilən modellə müqayisə edə bilər". 

Paralel.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin  Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanlarınən birinci mərhələsinin çətin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

"Fevralda biz bir dəfə də sınaq imtahanı keçirmişik. Suallar da açıq formada nəşr olunub və hamının əlində var. Kim istəsə, müqayisəli təhlil apara bilər. Statistikanı necə gözləyirdiksə, cavablar da elə olub. İmtahanda heç bir problem yoxdur. Çətinlik dərəcəsini müəyyən etmək üçün kiminsə fikrinə görə "mənə elə gəlir ki, çətindir" demək düzgün yanaşma deyil. Çünki ümumi statistika imtahanda iştirak edən 20-50 min nəfərin nəticəsi əsasında nəsə demək olar. Belə bir statistika həmin fikri söyləyənlərin əlində yoxdur. Biz bu statistikanı çap edərək ictimaiyyətə təqdim edirik",- deyə o əlavə edib.


Billurə Yunus

 

0.1477210521698