"Baktelekom"un interneti çökdü, çağrı mərkəzi yükləndi

 

"Baktelekom" internet provayderinin şəbəkəsində problem yaranıb.

Paralel.az xəbər verir ki, hazırda şirkətin abunəçiləri internetdən istifadə etməkdə çətinlik çəkirlər.

Bununla bağlı sözügedən provayderin "155" çağrı mərkəzinə kütləvi zənglər edildiyindən "qaynar xətdə" də yüklənmə yaranıb.

"Baktelecom"un alaqə nömrəsina zəng edən abunəçilərin sayı 200-ü ötüb və operatorların hamısı məşğuldur.

Şikayətçilərin Paralel.az -bildirdiyinə görə, problem dünəndən var.

"Düşündük ki, nasazlıq kompüterdədir. Amma sonradan baxdıq ki, mobil cihazlarımızda da oxşar problem yaşanır. Sosial şəbəkələrdən istifadə pis-yaxşı mümkündür, lakin saytlara girişdə məhdudiyyətlər var", - şikayətçi bildirib.

 

0.069645881652832