AVRO-2024: Türkiyə - Portuqaliya oyunu başlayıb

AVRO-2024: Türkiyə - Portuqaliya oyunu başlayıb
 

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun daha bir oyunu başlayıb.

Paralel.az ın məlumatına görə, Türkiyə - Portuqaliya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Qarşılaşmanı almaniyalı Feliks Şvayer idarə edir.

Qeyd edək ki, Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlib.

F qrupunda II turun bu gün baş tutan Gürcüstan - Çexiya matçında qalib müəyyənləşməyib - 1:1.

AVRO-2024 iyulun 14-də başa çatacaq.

 

0.30725598335266