AVRO-2024: İngilis azarkeşlərin davranışı polisi şoka saldı
AVRO-2024 çərçivəsində Almaniyada xidmət aparan britaniyalı polislər ingilis fanatların davranışlarından şoka düşüblər.
Onlar azarkeşlərin açıq şəkildə narkotikdən istifadə etdiyini və xuliqanlıqla məşğul olduğunu etiraf ediblər.
"Biz insanların açıq şəkildə kokaini qəbul etdiklərini görmüşük. Onlar alışdıqlarından qat-qat artıq pivə içirlər, özlərini tərbiyəsiz aparır və evdə etməyəcəklərini edirlər", - İngiltərə polisindən Stuart Dikerson deyib.
Onun sözlərinə görə, bir neçə saat içki içdikdən sonra səs-küylü izdiham tez bir zamanda zorakı kütləyə çevrilə bilər. Qırılan şüşə və ya kobud söz davaya səbəb ola bilər.