Aygün Kazımovanı gecə klubundan qaçırıblarmış
"Heç vaxt elçilikdə olmamışam. Heç bilmirəm elçilik necə baş verir. Ənənələrimiz çox gözəldir".
"Qaynarinfo"nun məlumatına görə, bu sözləri Xalq artisti Aygün Kazımova qonaq olduğu verilişlərin birində deyib.
O bildirib ki, ona heç zaman elçi gəlməyib. Müğənni illər əvvəl həyat yoldaşı İlqar İbrahimov tərəfindən qaçırıldığını açıqlayıb:
"Məni qaçırdıblar. Müəllimim, bəstəkar Vaqif Gərayzadənin bizə məşq keçdiyi klubda idim. Bu hadisə 29 dekabrda baş verib. Oradan çıxanda həyat yoldaşım İlqar məni qaçırtdı. Heç elə bir günü unutmaq olar? Bizim ailələrimiz dostluq edirdi. İlqar söylədi ki, axşam saatlarıdır və məşqdən sonra məni özü yola salacaq. Mən də razılaşdım. Elə o yola salmaqla da məni qaçırdı".
"Niyə məhz İlqarənin atasını seçdiniz" sualına A.Kazımova belə cavab verib:
"Bilirdim axı qızım İlqarənin atası İlqar olacaq (gülür). İlqarın anası və mənim anam rəfiqə idilər. Qardaşım da İlqarla birlikdə qarmonda ifa edirdilər və onlar bir-biri ilə tanış idilər. Mən amma onları tanımırdım. Çünki o zamanlar balaca idim. İlqarın anası və özü bizə gəlirdi, qardaşımla məşqlər edirdi. Guya məşq edirdilər (gülür)".