Ölkənin həmkarlar təşkilatları kimlərə xidmət edir? - Araşdırma

Ölkənin həmkarlar təşkilatları kimlərə xidmət edir? - Araşdırma
 

Hər ay vətəndaşların əmək haqqından 1-2 faiz niyə mənimsənilməlidir?

İnsanların şəxsi qazancı əsasında fəaliyyətini tənzimləyən ictimai təşkilatlar arasında ilk yeri həmkarlar təşkilatı tutur.

Dünyada fəaliyyət göstərən həmkarlar təşkilatları adətən, müqavilə ilə işləyən insanların əmək və istirahət hüququnu qoruyur.

Həmkarlar təşkilatlarında birləşən üzvləri inkişaf etmiş ölkələrdə böyük nüfuz sahibidir. Hökumətə və sahibkarlara qarşı nəzarət və təzyiq göstərən azad həmkarlar təşkilatları postsovet ölkələrindən fərqli olaraq, üzərində hökumətin nəzarəti yoxdur.

Azərbaycanda fəaliyyət göstərən azad həmkarlar təşkilatlarının adındakı "azad" sözü tam simvolik xarakter daşıyır və əslində bütün sahələr üzrə fəaliyyət göstərən həmkarlar təşkilatları AHİK (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası) adı altında birləşdirilərək sədr Səttar Möhbalıyevə həvalə edilib.

İlkin hesablamalara görə, AHİK-in hesabına hər ay 20 milyon manatdan çox pul daxil olur. AHİK sədri Səttar Möhbalıyev həmin pulu öz istəyinə uyğun sahələr üzrə, dədəsinin mülki kimi, xərcləyir. İl ərzində 240 milyon manatdan çox pul xərcləyən AHİK sədri insanların bu qədər pulunu xərcləsə də, onlara hesabat vermir, saxta protokol tərtib edir.

AHİK sədri Səttar Möhbalıyev hər ay hesabına köçürülən 20 milyondan çox pulu sorğu-sualsız, istədiyi kimi dağıtmaq üçün, hətta ölkənin hüquq-mühafizə orqanlarının həmkarlar sistemində yoxlama aparmasının qarşısını da ala bilib.

Sabiq PA rəhbəri Ramiz Mehdiyevin imzası ilə Azərbaycanda fəaliyyət göstərən həmkarlar təşkilatlarında prokurorluq nəzarətinin həyata keçirilməsi qadağan olunub. Düzdür, artıq 5 ilə yaxındır ki, Ramiz Mehdiyev vəzifədən azad olunub, amma onun həmkarlar təşkilatlarının prokuror nəzarətindən kənarda qalması barədə məktubu qüvvədən düşməyib, Səttar Möhbalıyevin köməyinə çatır...

AHİK sədri Səttar Möhbalıyevin təşkilatda törətdiyi cinayət xarakterli əməllərini saymaqla bitmir. Məsələn, "İnşaatçılar" metrosu yanında yerləşən Könüllü Kənd Məhsul Cəmiyyətinə aid stadionun AHİK sədri Səttar Möhbalıyevə yaxın adamlar tərəfindən milyonlarla pula satılıb, mənimsənilməsi barədə gedən məhkəmə prosesi hələ davam edir...

AHİK sədri Səttar Möhbalıyevin törətdiyi cinayətlərə ən parlaq nümunədən söz düşəndə isə Zaur Həsənovun ölümü yada düşür. Faciə ilə nəticələnən hadisə Qarabağ əlilinin özünü AHİK-in binası qarşısında yadırması barədə dövlətin heç bir tədbir görməməsidir.

Çox haqlı olaraq AHİK sədri Səttar Möhbalıyevə ünvanlanan bu suallar hələ də cavabsız qalır:

Azərbaycan Həmkərlar İttifaqı Konfederasiyasına (AHİK) 30 ildir sədrlik edən, bu müddətdə bu təşkilatı ailə qurumuna çevirən, özünü isə “ömürlük sədr” kimi təqdim edən Səttar Möhbalıyevin adını internetin axtarış bölməsinə daxil edəndə maraqlı məqamlat ortaya çıxır. 

AHİK sədri şəhid və qazi ailələri ilə görüşdü… Bu başlıqla xəbərlər müxtəlif günlərdə, müxtəlif informasiya resurslarında tirajlanıb.

Sanki Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri əsas işini məhz şəhid ailələri və qazilərin qayğısına həsr edir. Yaranan təəssürat belədir və məsələnin mahiyyətini bilməyənlər üçün müsbət olaraq görünür.

Gerçəklikdə isə Səttar Möhbalıyevin bu görüşlərinin altında böyük sirlər yatır...

Birincisi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri bununla müsbət imicini formalaşdırmağa çalışır.

İkincisi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 30 ildir həyata keçirdiyi maxinasiyaları “şəhid ailələri və qazilər” adı altında gizlədir.

Üçüncüsü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əsas işi olan həmkarlara dəstək məsələsini belə ört-basdır edir.

Dördüncüsü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən şəhid ailələri və qazilərə göstərilən hörmətsizliyi “Səttar Möhbalıyevdən şəhid ailələri və qazilərə qayğı” adı altında yaratdıqları süni görüntülərlə sığortalamağa çalışır…

Bu siyahını kifayət qədər uzada da bilərik, gerçək isə eynidir. Səttar Möhbalıyevi düşündürən şəhid ailələri və qazilərin problemləri yox, öz vəzifəsi, yəni 30 ildir zəbt etdiyi kürsünü necə qorumaqdır.

Təkcə bir fakt Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin bütün təbliğat kampaniyasını alt-üst etməyə yetir. 2021-ci ilin noyabrında bir qrup şəhid ailəsi və qazinin adından mediada şikayət məktubu yayıldı.

Həmin şikayətdə bildirilirdi ki, “Möcüzəli Naftalan” sanatoriyasına dincəlmək üçün gedən şəhid ailələri və qazilərə nə normal xidmət göstərilir, nə normal qidalanma var, nə də istirahət. 10 gün nəzərdə tutulan “putyovka” şəhid ailələri və qazilər üçün istirahət yox, əsl cəhənnəm “bileti”dir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəznində olan bu sanatoriyada nə normal xidmət var, nə də xidmət. Şəhid ailələri və qazilər, yumşaq desək, qeyri-insani müansibətlə üzləşirlər.

Belə şikayətlərin yayılmasından sonra hətta Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Möcüzəli Naftalan” sanatoriyasına baxış keçirib və sözün gerçək mənasında dəhşətli mənzərə ilə üzləşmişdi.

Həmin zaman AQTA-nın açıqlamasında bildirilirdi ki, “müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Eyni zamanda qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu prinsipinə əməl olunmadığı, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən ət və ət məhsulları, süd və süd məhsulları, istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb”.

Bu sanatoriyada günündən asılı olaraq, hər “putyovka”nın qiyməti 700-1500 manat civarındadır.
Bu kimi nöqsanlarla bağlı faktların sayı yetərincədir.

Əslində, Səttar Möhbalıyevin “şəhid ailələri və qazilərlər görüşü” də bu faktları ört-basdır etmək, reallıqda hörmət qoymadıqları insanları el gözünə kül üfürmək üçün yada salmaqdır.

Ümumiyyətlə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini araşdıranda ortaya dəhşətli mənzərə çıxır.

Səttar Möhbalıyev 30 ildir sədrlik etdiyi bu təşkilatda üzvlük camaatın əmək haqqı üzərində biznes impersiyası qurub və vətəndaşların aylıq əmək haqlarından tutulan vəsaiti şəxsi cib pulu kimi xərcləməklə məşğuldur. Bu, o deməkdir ki, hər il AHİK hesabına mexaniki hesaba köçürülən 240 milyon manat üzvlük haqqını sədrin təşkil etdiyi "çete" mənimsəyir.

Misal üçün, ölkədə fəaliyyət göstərən 200 minə yaxın müəllimin aylıq maaşının 2 faizi həmkarlar üçün tutulur. ATİAHT-nin (Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı) sədr də Səttar Möhbalıyevdir. Bu isə 10 milyona yaxın pul vəsaiti deməkdir. O cümlədən, 85 mindən çox neftçinin aylıq əmək haqqından da 2 faiz tutulub, həmkarların bank hesabına köçürülür.

Eyni qayda ilə dövlət müəssisələrində çalışan hər bir insan da həmkarlara aylıq ödəniş edir. Gerçəkdə isə əmək haqqından tutulan bu pul Səttar Möhbalıyeva ödənilən aylıqdır.

Çünki Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri bütün bu vəsaitləri dədəsindən qalmış cib pulu kimi xərcləyir, otellər, sanatoriyalar tikir, xaricdə, xüsusilə Türkiyədə biznes qurur və s.

Əvəzində isə nə müəllimlərimiz, nə neftçilərimiz, nə də həmkarlara haqq ödəyən digər çalışanlar AHİK-in sanatoriyalarının üzünə həsrətdir.

Bu yaxınlarda vəfat edən Xalq artisti Ramiz Novruz ömrü boyu həmkarlara aylıq haqq ödəmişdi, amma nə sağlığında bunun faydasını gördü, nə də öləndə. Xalq artisti vəfat edəndə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmiləri dəfndə də iştirak etmədi, yas məclisində də.

Səttar Möhbalıyev hesab edir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası onun şəxsi mülkidir və AHİK-in vəsaiti öz mülki kimi də istifadə edir. Səttar Möhbalıyevin “putyovka biznesi” də dillər əzbəridir.

“Putyovka”lar 400-500 AZN civarında satılır və həmkarlara aylıq haqq ödəyənlər kənarda qaldığı halda, kim pulunu verirsə, sanatoriyalardan da onlar yararlanır. Hətta, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin normal istirahətinin təşkili ilə bağlı da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nəzərəçarpacaq iş görməyib. Halbuki, həmkarlara aylıq haqq ödəyənlər arasında şəhid ailələri də var, qazilər də.

Təbii ki, bütün bu maxinasiyalara baxmayaraq, Səttar Möhbalıyevin indiyə qədər vəzifəsində necə qaldığı xalq üçün çox maraqlıdır. Doğrudur, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri “seçki yolu” ilə seçilir, amma bəllidir ki, Səttar Möhbalıyev qurumda yaratdığı monopoliya ilə 30 ildir “seçilməyə” davam edir.

Onun himayəçilərindən biri, həm də əsas şəriki qudası Əli Həsənov olub. Məlumatlara görə, onların quda olmasına səbəb də bu şəriklik olub. Məsələ onların necə quda olmaları yox, qudaların Azərbaycana vurduğu zərər söhbət gedir. Vaxtilə Əli Həsənov mediaya ayrılan dövlət vəsaitini oğurlamaqla özünə xeyli sərvət topladı. Arvadı Sona Vəliyevanın nəzarətində olan "Kaspi" və "Kaspiy" qəzetlərinin hərəsi 20 min manat dövlət yardımı aldı.

Əli Həsənov tutduğu əzifədən uzaqlaşdırılsa da, topladığı sərvət hesabına “şah" kimi yaşayır. Səttar Möhbalıyev də eyni yolun yolçusudur. Qudası vəzifədə olanda əlində olan media resursları ilə Səttar Möhbalıyevi müdafiə edir, ona qarşı istənilən məsələyə “total hücum”la cavab verirdi.

Hazırda AHİK sədri Səttar Möhbalıyev işğaldan azad olunmuş Ağdam şəhərində "İmarət" stadionunu tikməklə törətdiyi sayagəlməz cinayətləri ört-basdır etməyə çalışır və eyni zamanda əvvəlki pis əməllərilə yenə də məşğul olur...

Bir sözlə, "su bir yerdə qalanda iyləndiyi" kimi, Səttar Möhbalıyev də 30 ildir AHİK-də törətdiyi cinayətlərdə oylənir...

Səttar Möhbalıyevin arvadı Bibixanım Möhbalıyeva, oğlu, qızı, kürəkəni xaricdə yaşamaqla bərabər, Səttarın biznesini və beynəlxalq təşkilatlarda təmsil edirlər. Səttar Möhbalıyevın qardaşlarından biri Möhbalıyev Xaliq Süliddin oğlu Yasamal RİH-in dağıdıcı icra başçısı Elşad Həsənovun müavini vəzifəsini tutur və rayonu dağıdanlara başçılıq edir...

(Ardı var)

Tamerlan

 

0.037857055664062