Camaatın cibinə girməklə problemləri həll etmək mümkün deyil

Camaatın cibinə girməklə problemləri həll etmək mümkün deyil
 

Xatırlayırdınızsa, 2023-cü ildə Azərbaycanda qərar qəbul etdilər ki, mağazalarda polietilen çantalar pullu olacaq, kiçik paketlər 3, böyüklər 5 qəpiyə satılacaq - və bu qərarı bəh-bəhlə, "ekoloji həssaslıq, təbiətə ziyanın azadılması", kimi təqdim etdilər.

Həmin qərardan sonra onlarla müsahibə verdim və dedim ki, torbaları pullu etməklə iş düzəlmir, bunun təbliğat, PR ayağı da olmalıdır, heç kim 3-5 qəpiyə görə polietilen torbalardan imtina etməyəcək.

Şərhlərdə o zaman verdiyim açıqlamalara linklər olacaq.
İndi rəsmi məlumat yayılıb ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkə ərazisində 14 244.8 ton həcmində polietilendən kisə və çantalar istehsal və istifadə edilib. Bu keçən ilin eyni dövrü (yəni, torpalar pullu olmağa başladığı dövr) ilə müqaisədə 26% çoxdur. Yəni, pulsuz olanda daha az istifadə edirdik.

Hörmətli hökumət, problemləri həll etməyin yolu bir tək camaatın cibinə girmək deyil, bu məsələ sosial çarxlarla, təşviqlə, reklamla, düzgün PR-la və MƏKTƏBDƏN başlamaqla həll oluna bilər.

Natig Cəfərli
TEREF

0.022595882415771