Yeni qatarlar harada işləyəcək? - “Rayon stansiyalarını ot basıb”

Yeni qatarlar harada işləyəcək? - “Rayon stansiyalarını ot basıb”
 

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) 2019-cu ildən gözlədiyi "Stadler" qatarları İsveçrədən gəldi. Həmin vaxt 10 "Stadler" qatarının alınması ilə bağlı ADY ilə İsveçrənin "Stadler Rail Group" şirkəti arasında müqavilə bağlanmışdı. ADY açıqlamasında gətirilən qatarlardan birinin Bakı-Ağstafa-Bakı marşrutuna daxil ediləcəyini və reyslərin sayının artırılacağını deyib.

Paralel.az xəbər verir ki, İKT sahəsi üzrə ekspert Osman Gündüzün sözlərinə görə, Bakı-Qəbələ marşrutunda belə qatarlara ehtiyac olmayacağı güman edilir:

"Çünki öncədən də bilinirdi ki, yeni dayanacaqlar açılsa da, bu istiqamət üzrə tələbat yetərli deyil. Maraqlı məqam odur ki, 5 ildir daha çox tələbat olan aşağıdakı daxili marşrutlar işləmir.

Baki - Balakən
Bakı - Astara
Bakı - Qazax
Bakı - Böyük Kəsik
Bakı - Yalama

Ciddi tələbat olan bu istiqamətlər üzrə sərnişindaşımanın nə zaman bərpa olunacağını ADY hələlik açıqlamayıb. ADY-nin fəaliyyətsiz olduğunu da qeyd etmək ədalətsizlik olardı. Hazırda ADY-nin qazancı ancaq yükdaşımadan çıxır. Odur ki, diqqət yetirdikdə görünür ki, bu qurumda yükdaşıma prioritetdir və resurslar da bu istiqamətdədir".

Ekspertin fikrincə, daxili marşrutların təmiri, infrastrukturun bərpası isə böyük resurslar, investisiyalar tələb edir. Hökumət ADY-yə yetəırli subsidiya vermir:

"Güman ki, yükdaşımadan gələn gəlirlə ADY ancaq özünü və mövcud infarstrukturu saxlaya bilir. Beləcə də, 5 ildir ki, daxili marşrutları, rayon stansiyalarını ot basıb.

Beləliklə, görünən odur ki, əvvəllər sərnişindaşıma üçün keyfiyyətli qatarlarımız yox idi, indi isə əla vəziyyətdə qatarlarımız var, amma onların işləyəcəyi infrastruktur yoxdur, daxili dəmir yol xətləri bərbad gündədir".(ölkə.az)

 

 

0.015474081039429