Santuşun millimizə baş məşqçi gətirilməsi uğursuzdur - RƏY

Santuşun millimizə baş məşqçi gətirilməsi uğursuzdur - RƏY
 

Əcnəbilərin Milli futbol komandaya baş məşqçi təyinatına son qoymaq lazımdır.

Azərbaycan milli futbol komandasına baş məşqçi axtarışına nəhayət, uzun axtarışdan sonra son qoyuldu.

Portuqaliya millisinə Avropa çempionluğu qazandırmış Fernande Santuş Azərbaycan milli futbol komandasına baş məşqçi təyin olunub.

Qeyd edim ki, 70 yaşlı Fernando Santuşun Azərbaycan milli futbol komandasına baş məşqçi təyin olunması illərdir uğursuzluq zolağında olan milli komandamız üçün yaxşı heç nə vəd etmir. Xususən yaşının çoxluğu və fiziki imkanları məhdud olan qoca bir məşqçinin həddindən artıq zəif komandaya baş məşqçi təyin olunması olduqca uğursuzdur.

Eyni zamanda heç bir uğura imza atmayacağı bəribaşdan bəlli olan portuqaliyalı məşhur baş məşqçi Fernando Santuşun AFFA ilə bağladığı müqavilənin çox yüksək məbləğdə olacağına da şübhə etmirəm.

Fikirləşirəm ki, uğursuz olacağı şübhə doğurmayan belə yüksək məbləğli müqavilədən Azərbaycan futbolu nə əldə edə bilər ki?! Gəlin özümüzü aldatmağa çalışmayaq, məğər bundan əvvəl milli futbol komandamıza baş məşqçi təyin olunan və ölkə futbolunun inkişafına heç bir uğur gətirməyən əcnəbi baş məşqçilərdən niyə əl çəkə bilmirik?!..

Bu halda yalnız bir xoşagəlməz bir şey baş verə bilər: çirkli pulların yuyulması

 

0.0086410045623779