Bu ölkədə Kirkorovla bağlı qərar ləğv olundu, etiraz etdilər
Rusiyanın Xalq artisti Filipp Kirkorovun Moldovaya girişinə qoyulan qadağa ləğv olunub.
Paralel.az xəbər verir ki, qərar ölkədə birmənalı qarşılanmayıb. Moldova parlamenti buna etirazlarını bildirən bəyanat yayıb. Parlamentin spikeri İqor Qrosu Kirkorovun ölkəyə girişinə qoyulan qadağanın götürülməsinə etiraz edib:
“Nəyə görə? O, rus dünyasının nə qədər səxavətli olduğunu söyləmək üçün buraya gəlir!? Xeyr, buna icazə verməyəcəyik!".
O, Moldova hakimlərindən qərar qəbul edərkən “siyasi kontekst” və “dünyadakı vəziyyəti” rəhbər tutmağı tələb edib.
Qeyd edək ki, iyunun 3-də Kişinyov məhkəməsi Kirkorovun Moldovaya girişini qadağa edən qərarı ləğv edib.