Biz millət olaraq rus dili xəstəliyinə tutulmuşuq, yoxsa?..- Araşdırma
Millətimiz xarici dili öz ana dilindən niyə üstün tutur?
Dünyanın siyasi xəritəsində ölkəmiz balaca bir dövlətdır. Bəzilər hesab edir ki, bu ölkəyə mütləq himəyəçi lazımdır. Çünki balaca körpəyə dayə lazım olduğu kimi, balaca ölkəyə də himyə lazımdır ki, onu yedirsin, elə yatırsın ki, heç vaxt ayılmasın...
Ölkəmizin himayəçi Rusiyadır. Düz, İki yüz ilə yaxındır ki, bizi ruslaşdırmağa çalışırlar. Biz özümüz də rusa çevrilməyi çox xoşlayırıq. Ona görə də, -ov,-yev rus soyad sonluğunu soyadımızın sonana zorla artırsalar da, fərq etməz, üstəlik uşaqlarımızı rus dilli məktəblərdə oxuduruq...
Baxın, 33 ildir müstəqil dövlətin azad vətəndaşlarııyıq, amma nazirliklərimiz, komitə və idarələrimizdə çalışan məmurlar rus dilində danışırlar. Hələ bu, harasıdır? Müdafiə naziriliyində çalışan bütün general və zabitlərimiz, hətta şəhərli qadınlar belə, rus dilində danışmaqdan xüsusi zövq alırlar, guya Bakıda rus dilində danışmaq kübarlıq sayırlar, rus dilində danışmayanlara isə "çuşka" deyirlər...
Görün, nə günə qalmışıq ki, keçmiş sovet respublikaları - Pribaltika respublikaları Litva, Latviya, Estoniya, Moldova, Gürcüstan, Ermənistan, Ukrayna dövlətləri rus dilində danışmağı yasaq ediblər, amma ölkəmizdə bütün sahələrdə, xüsusən təhsil, səhiyyə, mədəniyyət, bəzi dövlət orqanlarında rus dilində danışmaq dəbdədir və rus dilində təhsil almaq isə lap əntiqə şeydir...
Doğrudur, ölkə Prezidenti azərbaycan dilinin qorunması haqqında xüsusi Sərəncam imzalasa da, bu sahəyə ciddi diqqət yetirsə də, lakin bəzi nazirliklərdə azərbaycan dilinin qorunmasına və təmiz saxlanmasına əhəmiyyət belə, vermir, Bakıda yerləşən bütün tam orta məktəblərdə rus bölmələrinin fəaliyyət göstərməsinə şərait yaradılır ki, buna da milli faciədən başqa ad vermək çətindir...
Fikir verin, hətta Bakı şəhərinin prospekt və küçələrində yerləşən marketlərin, mağazaların, xırda və böyük şirkətlərin qarşısında yerləşdirilmiş reklam və trafaretlər hamsı əcnəbi dillərdə yazılıb, bu orqanlarda axtarsaq da belə, Azərbaycan dilində balaca da olsa, bir yazı belə, tapa bilmədik!...
Bütün bunlar biganəlik və xəstə təxəyyülün məhsulu deyilmi?!
İstər-istəməz hər bir normal insan fikirləşir ki, bu nədir belə, Azərbaycan dilinə göstərilən bunca hörmətsizlik nədən qaynaqlanır? Ha fikirləşirsənsə, buna biganəlikdən özgə ad verə bilmirsən ki, bilmirsən...
Sadəcə, bir balaca baş işlətmək, düşünmək lazımdır ki, axı, heç bir xarici ölkədə Azərbaycan dilində heç bir reklama, trafaretə rast gəlmiriksə, biz Azərbaycanda işlədiyimiz müəssisənin - marketin, mağazanın, dükanın qarşısına niyə ingilis, rus dilində yazılar asılmasına daha çox biganə yanaşırıq?!...
Qazi Abbas