İrem Derici: "Uşaqlara dözə bilmirəm, dayanmadan ağlayırlar"
Türkiyəli məşhur müğənni İrem Derici uşaq sahibi olmaq istəyib-istəməməsi barədə suala verdiyi cavabla təccübləndirib.
Paralel.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Ekol TV"yə danışan müğənni uşaqlara dözə bilmədiyini deyib:
"Heç uşaq həsrəti çəkmirəm. Uşaqlara dözə bilmirəm. Dayanmadan ağlayan və dərdini ağlayaraq izah edən bir şeyə dözümüm yoxdur. Valideyn olmayacağam. Onsuz da 37 yaşındayam, böyük ehtimalla, yumurtalıqlar da "bay-bay, sənə uşaq yoxdur" deyir. İstəmirəm" - o söyləyib.