"Sənətlə qazanırlar, amma xərcləməyə əlləri gəlmir" - Elza Seyidcahan

 

"Geyimlərimin mahnı, musiqi ilə heç bir əlaqəsi yoxdur. Bəziləri sənətə gəlib, amma ona dəyər vermirlər".

Paralel.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan həmkarı Rəşad İlyasovun "Danışır musiqi" verilişində deyib. Müğənni səhnə geyimlərindən danışıb:

"Sənətdən alırlar, amma 1 faizini sənətə hədiyyə etmirlər. Sənətdən qazanırsan, hörmət əldə edirsən. Ancaq xərcləməyə əlləri gəlmir. Xalq istəyir ki, bizi rəngarəng görsün. Mən sadə olanda yaxınlaşırlar ki, hanı sizin geyimləriniz? Tərz deyilən bir şey var. Biri var kimdənsə götürürsən, biri də var özün yaradasan. İndi bolluqdur, alırlar, geyinirlər. Amma yenilik gətirən yoxdur". 

 

0.08299994468689