Əməkdar artist Fidan Süleymanovadan bu mahnını istədi - VİDEO
Əməkdar artist Könül Kərimova hamının marağına səbəb ola biləcək addım atıb.
Bu anlar "Həmin Zaur” verilişində yaşanıb.
Müğənni Fidan Süleymanova sözügedən verilişdə qonaq olarkən gözlənilmədən Könül Kərimova studiyaya zəng edib. Sənətçi həmkarına onun 10 il bundan əvvəl repertuarında olan "Sevəydin kaş” adlı mahnısını çox sevdiyini bildirib. Könül Kərimova ondan bu mahnını oxuması üçün icazə istəyib.
Fidan Süleymanova onun bu addımından çox təsirlənib. Sənətçi bildirib ki, sənət adamlarının əksəriyyəti sevdikləri mahnıları müəlliflərin icazəsi olmadan ifa edirlər.
"Qurbandır, Könül xanıma. Bu gün başqa bir mahnı oxuyacaqdım. Onun istəyini nəzərə alıb "Sevəydin kaş” mahnısını oxuyuram”, deyə Fidan Süleymanova həmkarının bu mahnını repertuarına əlavə etməsinə icazə verib.