Beyin əməliyyatı keçirən aktrisanın SON VƏZİYYƏTİ AÇIQLANDI 

Beyin əməliyyatı keçirən aktrisanın SON VƏZİYYƏTİ AÇIQLANDI 
 

Bir neçə gün əvvəl beyin əməliyyatı keçirən aktrisa Burcu Karanın son vəziyyəti açıqlanıb.

"Əməliyyatla beynimdəki dostumdan xilas oldum" deyən Burcu hazırda xəstəxanadan evə buraxılıb.

O müalicələrini evində davam etdirir. Bu barədə aktrisa sosial şəbəkə hesabında bildirib.

O "Evimə qovuşdum" sözlərini yazaraq yeni fotosunu izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, Burcu Kara "Haziran Gecesi", "Elveda Derken", "Romantik Komedi" kimi layihələrdə yaddaqalan obrazlar yaradıb.(BAKU.WS )

0.018040180206299