"İstəyirəm bu xəstəlikdən qurtulum" - Elcan Rəsulov gileyləndi

 

Aktyor Elcan Rəsulov səhhətindən gileylənib.

Sənətçi bir neçə xəstəlikdən əziyyət çəkdiyini vurğulayıb. Elcan bildirib ki, özü kitablar və internet vasitəsi ilə xəstəliyinin adını tapıb:

"Telefon və planşetdə axtarışlar, nələrsə öyrənmək, daha çox hallarda isə kitab oxuyuram... Bu gün axtardığım informasiya və oxuduğum kitabların sayəsində ayağımda artıq neçə ildi baş verən və məni incidən xəstəliyin adını tapdım. İnsanın öz dərdini özündən yaxşı heç kim bilə bilməz. Deməli belə, xəstəliyin adı GUT- dur. Hətta bəzən bu xəstəliyə zəngin adamların xəstəliyi deyilir. Çox yeyib içməkdən, düzgün olmayan pəhriz saxlamaqdan, genetik yollarla və yaxud müxtəlif vasitələrlə yarana bilər. Ümumiyyətlə, məndə zəngin adamlara xas olan xəstəliklərin çoxu var, qalıb bir dənə zəngin olmaq. 

Təbii ki, bu illərdə baş verən ağrılarımın qarşısını almaqda mənə yardımçı olan həkimlər olub. Onların hamısına təşəkkür edirəm. Məhz onların tətbiq etdiyi iynə və dərmanlar vasitəsi ilə bura qədər gətirmişəm özümü. İndi isə istəyirəm ki, bu xəstəlikdən tam qurtulum. Düşünürəm ki, tibb durmadan inkişaf edir və bunun da çarəsi artıq tapılıb". (Axşam.az)

 

0.016406059265137